Kingston

Kingston şirkəti, müxtəlif növ informasiya daşıyıcılarının istehsalçısı özünün yeni DataTraveler Ultimate GT fleşkalarını satışa çıxartdı. Onlar bu ilin əvvəli təqdim olunmuşdu, bugün isə beynəlxalq satışa buraxıldı.

Kompakt və yüngül olan DataTraveler Ultimate GT daşıyıcıları baza versiyasında 1 TB, qabaqcıl versiyada isə 2 TB yaddaşla təchiz olunub. Oxuma sürəti 300 mb/s, yazma sürəti isə 200 mb/s-dir. Qoşulma üçün standart USB 3.0 portu bəs edir. Buraxılış günü DataTraveler Ultimate GT fləşkaları öz klasında ən böyük həcmli fləşkalar idi. Bu fləşkalar -25 dərəcə şaxtada, +60 dərəcə istidə işləyə bilir və bütün müasir əməliyyat sistemlərini dəstəkləyir. Hətta Chrome OS və Android əməliyyat sistemi də dəstəklənir.

Ölçüləri 75x27x21 mm-dir. 2 TB DataTraveler Ultimate GT qiyməti 1320 $-dır və 5 illik istehsalçı qarantiyası ilə təmin olunub.

Şərh yaz

Please enter your comment!
Please enter your name here