Tesla Model 3

Bu ilin sonunda satışa yeni elktrokar Tesla Model 3 çıxarılacaq. Yeni model haqqında məlumatı Tesla şirkətinin qurucusu İlon Mask özü paylaşıb. O özünün yeni modelinin modifikasiyaları haqqında danışıb və maşının seriya öncəsi şəkillərini paylaşıb.

Elektromobil Tesla Model 3 sedan kuzasında hazırlanıb. Model S ilə müqaisədə kompaktdır. İlk istehsalda elektromobilin arxa çəkici variantı buraxılacaq, bu da iyul ayına planlaşdırılıb. Tam çəkici konveyerə altı ay sora buraxılacaq və onda iki elektromotor quraşdırılacaq – hər oxa bir elektromotor. Həmçinin Performance versiyası da olacaq. Bu versiyada daha güclü elektromotor və daha tutumlu akkumlyatorlar olacaq. Bu versiya yeni ildən tez istehsal olunmayacaq.

İlon Maskın sözlərinə görə, yeni Tesla Model 3 bir doluma 346 kilometr məsafə qət edəcək. Tesla Model 3-ün baza modelində iri ekran olmayacaq. Onu nə ilə əvəzləyəcəkləri barədə danışmayıblar. Qiyməti 35 000$.

Tesla Model 3 

Şərh yaz

Please enter your comment!
Please enter your name here