Fransız şirkəti olan Archos özünün yeni 101 Saphir adlı planşet kompyuterini təqdim edib. Bu model zərbəyə davamlılığı üçün seçilmiş kobud xarici görünüşü ilə seçilir. Qiyməti isə 200 avrodan da azdır.

Təbii ki Archos 101 Saphir güclü planşetlər sırasına aid deyil, amma 150 avroya, bəli planşetin qiyməti belədir, çətin ki 100 metrdən düşməyə davamlı, həmçinin suya və toza davamlı planşet tapa bilərsiniz (IP54 standartı). Planşetin göstəriciləri: 1 GB RAM, 16 GB daxili yaddaş və microSD kart üçün yuva, dörd nüvəli MediaTek MT8163 prosessoru.

Ekran 10,1 dyumlyuq, 5 barmaq toxunuşlu, 1280×800 piksel ölçüdədir. GPS modul var. Archos 101 Saphir ə/s Android 7 üzərində qurulub. Akkumlyator 6000 mAs, simmetrik USB-C çıxışı, 2 fotokamera: ön 2 meqapiksel, arxa 5 meqapiksel. Bütün standart simsiz modullar dəstəklənir, çəkisi 600 qram, qalınlığı 13 mm-dir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here