Sony şirkəti orta qiymət seqmentinə aid yeni 2 smartfonunu təqdim etdi: Xperia XA1 və Xperia XA1 Ultra. Hər iki aparat bu ilin yazında satışa buraxılacaq.

Bu smartfonların ən yaxşı üstünlüyü onların xarici görünüşüdür. Hər ikisi demək olar ki eyni görünüşdədir. Hər biri həm minimalist, həm də dəbli görsənirlər. Bu da onların yan panellərinin demək olar ki olamaması ilə əlaqədardır.

Sony Xperia XA1 xüsusiyyətləri:

Ekran: 5,0″, HD, İPS
Prosessor: Mediatek MT6757 Helio P20
Əməliyyat sistemi: Android 7.0 Nougat
Operativ yaddaş RAM: 3 GB
Daxili yaddaş: 32 GB
Kamera: ön — 8 Mp, arxa — 23 Mp
Əlavələr: Bluetooth, WI-FI, microSD
Qiymət: 300$

Təbii ki, HD ekranlı smartfon üçün 300$ qiymət çox bahadır. Amma Sony şirkəti bildirir ki, ekranın HD olması ilə akkumlyatora qənaət edilir. Onu da qeyd edək ki akkumlyator XA1-də 2300 mAs-dır.

Sony Xperia XA1 UltraSony Xperia XA1 Ultra xüsusiyyətləri:

Ekran: 6,0″, Full-HD, İPS
Prosessor: Mediatek MT6757 Helio P20
Əməliyyat sistemi: Android 7.0 Nougat
Operativ yaddaş RAM: 4 GB
Daxili yaddaş: 32 GB/64 GB
Kamera: ön — 16 Mp, arxa — 23 Mp
Əlavələr: Bluetooth 4,2 , WI-FI 802.11 a/b/g/n, microSD
Qiymət: Bilinmir

Hər iki model sudan qorunmayıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here