Yaxşı telefonlar çox olmur. Amma biz Nokia telefonlarının yaxşı olduğunu unutmamışıq. Buna görə də Nokia şirkəti bu ayın axırı 3 yeni model təqdim edəcək. Nokianın təqdim edəcəyi modellərdən biri hal-hazırda Çində çox böyük tirajla satılır.Hal-hazırda satışda olan model əlbəttə ki Nokia 6-dır. Bu modelin Barselonada keçiriləcək sərgidə beynəlxalq versiyası təqdim olunacaq. Qiymətinin 250 avro olacağı gözlənilir. Çindən kənarda satılacaq modelin aparat tərkibi dəyişməyəcək, amma yeni ağ rəngi təqdim olunacaq. Nokia 6 4 GB RAM, 5,5 dyumluq Full-HD ekran, CPU Qualcomm 430 və 16 meqapiksellik kamera ilə təchiz olunub.

Digər model Nokia 5-dir. Qiymətinin təxminən 200 avro olacağı, 2 GB RAM, 5,2 dyumluq HD ekran və 12 meqapiksel kamera ilə təchiz olunacağı gözlənilir.

Həmçinin 150 avroluq Nokia 3 modeli də təqdim olunacaq. Amma onun göstəriciləri hələki tam gizli saxlanılır. Belə görsənir ki, bu model çox ucuz və zəif olacaq, amma 2 sim kartla təchiz olunacaq. Bütün bu telefonlar Nokianın hazırladığı sürprizlər qarşısında heç nədir. Nokia markasının həqiqi pərəstişkarları üçün sürpriz: N95 slayderinin yenilənməsi, hətta şirkət artıq NSeries əmtəə nişanını qeydiyyatdan keçirdib, ən əsası isə Nokia 3310 modelinin yenidən qayıdışı olacaq. Səbrisizliklə gözləyirik!

Məqalədən istifadə zamanı istinad mütləqdir!

Şərh yaz

Please enter your comment!
Please enter your name here