Mobil Dünya Konqresi 2017-də fin brendi olan Nokianın 2 yeni modeli təqdim olundu: Nokia 3 və Nokia 5. Gözlənildiyi kimi aparatlar büdcet seqmentinə aiddir və Çində istehsal olunublar. Xatırladaq ki HMD Global şirkəti Nokia brendi adı altında mobil telefon istehsal etmək lisenziyasına sahibdir.

Qiymətlərinə görə smartfonların xüsusiyyətləri dəyişir. Hər iki smartfon qara, ağ, göy və narıncı rənglərdə istehsal olunacaqlar. Nokia 3-də narıncı rəng ağ ilə sintez olunur, Nokia 5-də isə tam narıncı rəngdir. Hər iki smartfon bu ilin II kvartalında satışa çıxarılacaq.

Nokia 3

Nokia 3

Ekran: 5,0″, HD, İPS
Prosessor: MediaTek MT6737
Əməliyyat sistemi: Android 7.1.1 Nougat
Operativ yaddaş RAM: 2 GB
Daxili yaddaş: 16 GB
Kamera: ön — 8 Mp, arxa — 8 Mp
Əlavələr: Bluetooth, WI-FI, microSD
Qiymət: 150$

Nokia 5

Ekran: 5,2″, HD, İPS
Prosessor: Qualcomm 430
Əməliyyat sistemi: Android 7.1.1 Nougat
Operativ yaddaş RAM: 2 GB
Daxili yaddaş: 16 GB
Kamera: ön — 8 Mp, arxa — 13 Mp
Əlavələr: Bluetooth, WI-FI, microSD, barmaq izi skaneri, metal korpus
Qiymət: 200$

Şərh yaz

Please enter your comment!
Please enter your name here