aurora

Dünən məlum olmuşdu ki, Blackberry brendi altında yeni smartfon anons olunacaq, bugün isə onun adı açıqlandı. Əvvəl Kanadaya məxsus, indi isə Çinin olan Blackberry-nin yeni smartfonu Aurora adlandırılacaq.

BlackBerry Aurora —bu müasir ənənəvi smartfondur. Smartfonda fiziki klaviatura olmayacaq, amma onun əvəzinə 5,5 dyumluq iri ekranla təchiz olunacaq. Düzdür, onun ekranı 1280×720 yəni HD formatda olacaq, bu da müasir smartfon üçün az göstəricidir. Telefonun ramı 4 GB, hətta 2 sim kart yuvası olacaq. Əvvəl heç kimin ağlına gəlməzdi ki, Blackberry 2 sim kartlı smartfonlar istehsal edəcək.

Sözün düzü bu artıq Blackberry də deyil, Çinin TCL firmasıdır. Bu firma həm də Alcatel istehsal edir. Blackberry Auroranın daxili yaddaşı 32 GB, LTE modulu, CPU Qualcomm 425, microSD yuvası və 3000 mAs batareykası olacaq. Tezliklə təqdim olunacaq BlackBerry Aurora 250 $ dollara satışa çıxarılacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here