Yeni flaqman smartfonu olan Xiaomi Mi 6 rəsmi olaraq anons olundu. Apartın adındakı boşluq elə-belə buraxılmayıb, çin vendorunun flaqman aparatlarının adları artıq belə sxemdə olacaq. Əvvəlki model Xiaomi Mi5 adlanırdı.

Xiaomi Mi 6 çoxlarının gözlədiyi kimi qeyri-adi, yeni texnoloji bir hadisə kimi yadda qalmaqdı. Smartfon LG G6 və Samsung S8-dən geri qaldı. Onun ekranı 5.15 dyumluq köhnə Full HD ekrandır. Belə ekranları indi 200 dollarlıq telefonlara qoyurlar, amma bu isə flaqmandır axı.

Ekran: 5,15″, 1920х1080 px, Full HD, IPS
Prosessor: Qualcomm 835
Əməliyyat sistemi: Android 6,0 MIUI 8
Operativ yaddaş: 6 GB
Daxili yaddaş: 64 GB / 128 GB
Kamera: ön — 13 Mp, arxa — 13 Mp
Əlavə: GPS, Wi-Fi, Bluetooth, microSD
Akkumlyator: 3350 mAs
Qiymət: 368$ — 64 GB | 400$ — 128 GB

Xiaomi Mi 6da qulaqcıq üçün yuva yoxdur. Çunki telefon suya və toza davamlı hazırlanıb. Həmçinin ön tərəfdə 2 stereo dinamik yerləşdirilib. Smartfonun qiyməti həm daxili yaddaşa görə dəyişir, həm də korpusuna görə. Belə ki, 64 GM daxili yaddaşlı smartfon metal korpusda, 128 GB smartfon keramik korpusda olacaq. Həmçinin əgər gücləndirilmiş ekranla olan versiyasını seçsəniz bunun üçün 425 dollar ödəməli olacaqsınız. Smartfon ağ, qara və göy rənglərdə satışa çıxarılacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here