Vaio

Yadınızdadırsa yaxın keçmişdə Sony-də VAİO adlı əmtəə markası var idi və o çox keyfiyyətli məhsullar istehsal edirdi. Bugün isə VAİO ayrıca brenddir və o özünün yeni VAİO Phone A smartfonunu bütün dünyaya təqdim edib.

Əslində keçən il VAİO Phone Biz smartfonunu təqdim etmişdi, ona görə də Phone A həmin smartfonun birbaşa varisidir. Amma yeni aparat əvvəlkindən daha sürətli və daha güclüdür. Biz modeli Windows 10 Mobile ilə çalışırdısa, yeni smartfon Android ə/s üzərində çalışır. Daxilən isə smartfonu orta smartfonlar təbəqəsinə aid etmək olar.

Ekran: 5,5″, 1920×1080 px, FHD, IPS
Prosessor: Qualcomm 617 (1,5 Hhz, 8 nüvə)
Operativ yaddaş: 3 GB
Kamera: arxa — 13 Mp
Əlaqə: 2 SIM (GSM/GPRS/EDGE + UMTS/HSPA + LTE)
Əlavə: GPS, Wi-Fi, Bluetooth, microSD
Akkumlyator: 2800 mAs

Hələki məlum olan məlumatlar bunlardır. Satış tarixi və qiyməti haqqında məlumat verilmir. Çox guman ki, bu model uğursuz olacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here