Smartfon Samsung Galaxy J7 (2017) internetdə yayılmış yeni şəkillərdə ortaya çıxıb. Belə görünür ki, şəkillərin yayılması koreya şirkəti tərəfindən məqsədli şəkildə edilib.

Samsung Galaxy J7 (2017) öncəki modeldən ciddi fərqlənir. Amma bu fərqlilik təkcə arxa tərəfdə özünü göstərir, ön tərəfdən isə bu model tipik Samsungdur. Arxada isə fotokamera və işıq üçün seçilmiş xətt var. Samsung Galaxy J7 (2017) modelinin arxa tərəfində səs dinamikləri yoxdur və planlaşdırılmır da. Dizayn sahəsindəki müasir tendensiyalara əsasən dinamik aşağı bitiş yerində olacaq.

Təəssüf ki, sızılmış fotolarla bərabər smartfonun xüsusiyyətləri haqqında məlumat yayılmayıb. Daha öncə yayılmış məlumatlara əsasən deyə bilərik ki, yeni Samsung Galaxy J7 (2017) 2 GB RAM, 16 GB daxili yaddaş, 5 ön və 8 meqapiksel arxa kamera, 2 SİM kart slotu, microSD kart yuvası, 5,5 dyumluq 2,5 D şüşəli HD ekran və Android 7 ə/s ilə təchiz olunacaq. Büdcet variant smartfonun ürəyi isə 8 nüvəli, 1,6 Ghz Samsung Exynos 7870 prosessoru olacaq. Smartfonun reliz vaxtı hələki məlum deyil.

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here