Lenovo şirkəti bazarda baş verən dəyişiklikləri nəzərə alaraq brendlərinin sayının azaldılmasına qərar verib. Artıq Motorola, Vibe və bir sıra smartfonlar olmayacaq. Onlar keçmişdə qaldı.

Motorola, Vibe və digər brendlərin yerinə biri qalacaq. Bu da Lenovo moto-dur. Bu brend altında çıxan ilk aparatlar gələn həftə təqdim olunacaqlar. Modellərin siyahısı açıqlanmayıb. Lenovonun üzləşdiyi maliyyə problemləri ilə əlaqədar Motorola brendindən imtina etməli olub.

Lenovo şirkəti dünyanın 10 ən böyük istehsalçısından biridir. Azərbaycanda da bu şirkətin çoxlu məhsulu satılır. Motorola isə vaxtı ilə şəhərimizdə çox məşhur olub, ancaq smartfon erası başladıqdan sonra Motorola özünü doğrulda bilmədi. Ən yaxşı smartfon istehsalçıları arasında Motorolanın adı çoxdan yox idi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here