Büdcet model üçün çox gözəl göstəricilərə malik Meizu M5s modelinin rəsmi təqdimatı oldu. Mobil telefon metal korpusla təchiz olunub və akkumlyatorun sürətli doldurulması funksiyası var. Qiyməti isə 150 ABŞ dollarından da aşağıdır.

Meizu M5s —potensial bestsellerdir. 115 dollar qiyməti olan smartfon 2,5D aynalı, 5,2 dyumluq HD ekran, 3 GB operativ yaddaş, MediaTek MT6753 prosessoru ilə təchiz olunub. Daxili yaddaşı 16 GB və 32 GB olan modelləri var. MicroSD kart dəstəyi də mövcuddur. 32 GB modelin qiyməti 145 dollardır.

Meizu M5s 3000 mAsaat tutumlu akkumlyatorla təchiz olunub, 56% doldurmaq üçün isə cəmi 30 dəqiqə vaxt lazımdır. Smartfona Android 6 ƏS quraşdırılıb. Arxa kamera 13 meqapiksel, ön kamera isə 5 meqapikseldir. Meizu M5s modelinin qızılı, boz və tünd boz rəngləri var. Çəkisi 143 qram, qalınlığı 8 mm-dir. Ənənəvi qara və ağ rənglər bu model üçün hələki mövcud deyil.

Şərh yaz

Please enter your comment!
Please enter your name here