Smartfon iPhone 7 Plus yenidən diqqət mərkəzinə düşüb. İnternetdə virus kimi yayılan xəbərdə smartfonun heç bir səbəb olmadan alışması əksini tapır. Videonu iPhone-nun sahibi xanım çəkib.

Sahibinin dediyinə görə iPhone 7 Plus özünü məhv etməyə addım-addım yaxınlaşıb: əvvəlcə o dünyadan bezib, sönüb və açılmayıb, amma servis mərkəzində əl gəzdiriləndən sonra bir müddətlik açılıb. Rəsmi servisdən verilən məlumata görə smartfonun heç bir problemi olmayıb. Ancaq bütün bunlara baxmayaraq iPhone 7 Plus özünü yandırmaq qərarına gəlib və alışıb yanıb.

Başqa sözlə desək, iPhone 7 Plus adaptoruna qoşulu olmadan öz-özünə alışıb. Video ilə Apple şirkəti maraqlanıb və aparatı yanğının səbəbini araşdırıb tapmaq üçün sahibindən istəyib. Bugünə qədər rəsmi səbəb açıqlanmayıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here