Huawei şirkəti iki fotokamera və güclü akkumlyator ilə təchiz etdiyi yeni Honor V9 smartfonunu təqdim etdi. Təqdimat mərasimi Pekində baş tutdu. Smartfonun incəliyi də diqqətləri cəlb edib.

Huawei Honor V9-un əsas xüsusiyyətlərinin siyahısında 4000 mAs tutumlu batareya diqqəti cəlb edir. Buna baxmayaraq telefonun qalınlığı 6,77 millimetrdir. Ona görə də smartfonun real akkumlyatorunun tutumuna şübhə ilə yanaşmaq olar. Qalan göstəricilər isə çox gözəl və müasirdir – smartfonun 4 və 6 GB RAM, 64 və 128 GB daxili yaddaşla təchiz olunmuş versiyaları var. Ekran 5,7 dyumluq Quad HD və ya 2560×1440 piksel ölçülüdür. Smartfonun ikili kamerası 12 meqapiksel ilə 3D şəkil çəkmək imkanı verir, həmçinin adi şəkillər də pis alınmır. Ön kamera 8 meqapikseldir. Həmçinin arxa paneldə lazer avtofokusla da təchiz edilib.

Smartfon Android 7 Ə/S ilə işləyir. Həmçinin iki simkartlıdır, LTE dəstəyi də var. Qalan şeylərdə isə Huawei Honor V9 metal korpusla təchiz olunmuş standart smartfondur. Çində satışda olan smartfonun qiyməti 377 ABŞ dollarıdır. Əgər sizə ən güclü modeli lazımdırsa onda qiymət 508 dollar olacaqdır. Mövcud rəngləri – qara, tünd göy, qırmızı və qızılıdır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here