BlackBerry KEYone

Barselonada keçiriləcək dünya texnoloji sərgisində (MWC 2017) bizləri bir çox yeniliklər gözləyir. Amma sərgi vaxtını gözləmədən öz təqdimatlarını edən şirkətlər olur. Bunlardan biri də Kanadanın Blackberry şirkətidir. Onlar özlərinin əvvəlcə Mercury adı ilə yaydıqları, amma son anda KEYone adı ilə dəyişdikləri fiziki klaviaturalı yeni smartfonlarını təqdim ediblər.

Yeni BlackBerry KEYone Çində istehsal olunacaq. İstehsalçı şirkət TCL olacaq, çünki onlar Blackberry brendinin istehsal və yayım lisenziyasının sahibidir. Onu da qeyd edək ki, TCL şirkəti fransızların Alcatel brendinə də tam nəzarət edir. BlackBerry KEYone – aparat klaviaturalı monoblokdur, o həm də taçpəddi. Həmçinin o hərəkətlərə reaksiya verir, “boşluq” düyməsinə isə barmaq izi skaneri yerləşdirilib.

BlackBerry KEYone

Yeni BlackBerry KEYone DTEK proqramı ilə təchiz olunub. Bu proqram smartfona icazəsiz daxil olmadan qoruyur və informasiyanın təhlükəsizliyini təmin edir.

Ekran: 4,5″, 1920×1080 px, Full HD, IPS
Prosessor: Quacomm 625 (8 nüvə)
Əməliyyat sistemi: Android 7
Operativ yaddaş: 3 GB
Daxili yaddaş: 32 GB
Kamera: ön — 8 Mp, arxa — 12 Mp (Sony)
Əlaqə: 1 SIM-kart (GSM/GPRS/EDGE + UMTS/HSPA + LTE)
Əlavə: GPS, Wi-Fi, Bluetooth, microSD
Akkumlyator: 3505 mAs
Ölçüləri: 149 х 73 х 9 mm
Çəkisi: 180 qr
Qiyməti: 600 avro

Şərh yaz

Please enter your comment!
Please enter your name here