Xiaomi Redmi 4X

Xiaomi şirkəti özünün yeni Redmi 4X smartfonunun təqdimatını Çində edib. Bu Xiaomi Redmi 4 modelinin daha ucuz variantıdır. Smartfon 2 komplektasiyada təqdim olunub. Korpusu metaldandır, aşağı və yuxarı hissələrində plastikdən istifadə olunub.

Xiaomi Redmi 4X

Xiaomi Redmi 4X büdcet smartfonlar kateqoriyasına aiddir və qiyməti cəmi 100$-dır (~180 AZN). Əgər bir az güclü olan ikinci komplektasiyanı seçsəniz bunun üçün 130$ ödəməli olacaqsınız. İkinci koplektasiya 32 GB daxili yaddaş və 3 GB operativ yaddaşla fərqlənir, qalan hər şey eynidir. Hər iki Xiaomi Redmi 4X bu həftə satışa çıxarılır, ilk partiya isə mart ayının 3-ü göndəriləcəkdir. İlk öncə satış həmişə olduğu kimi Çin Xalq Respublikasından başlayacaqdır. Rəngləri: qara, qırmızı və qızılıdır.

Ekran: 5,0″, 1280х720 px, HD, IPS, 2,5D
Prosessor: Qualcomm 435 (1,4 Hhz, 4 nüvə)
Əməliyyat sistemi: Android 6,0 MIUI 8
Operativ yaddaş: 2 GB / 3 GB
Daxili yaddaş: 16 GB / 32 GB
Kamera: ön — 5 Mp, arxa — 13 Mp
Əlaqə: 2 SIM (GSM/GPRS/EDGE + UMTS/HSPA + LTE)
Əlavə: GPS, Wi-Fi, Bluetooth, microSD
Akkumlyator: 4100 mAs
Qiymət: 100$ — 16 GB (~ 180 AZN) | 130$ — 32 GB (~ 234 AZN)

Şərh yaz

Please enter your comment!
Please enter your name here