Facebook şirkəti sahibləndiyi WhatsApp proqramına daha bir yenilik əlavə edib. Bugün onlar WhatsApp messencerə avtomatik özü məhv olan statuslar yazmaq imkanı verən funksiya əlavə ediblər.

Deməli, WhatsApp-da 24 saatdan sonra avtomatik silinən statuslar yazmaq olar. Bu statuslara şəkil və video da əlavə etmək mümkündür. Daha aydın desək, indi WhatsApp vasitəsilə dostlarınıza indiki işləriniz və olduğunuz yerlər barədə məlumatı qısa videolar və şəkillər vasitəsilə statusda çatdıra bilərsiniz. Bu statusların altına hətta imza və smayliklərlə stikerlər də əlavə edə bilərsiniz.

Yeniliyin özəlliklərindən biri də yazdığınız statusları istəsəniz ancaq seçilmiş insanlara göstərilməsidir.

Messencerin yeni versiyası artıq Android və iOS üçün mövcuddur. Microsoft şirkətinin Windows 10 Mobile ə/s ilə çalışan aparatlar isə hələ gözləməli olacaqlar.

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here